Ey Menim Heyatim
Sən gedəli artıq neçə zamandır
O gün bu gün mənim halım yamandır
Görən deyir döz birtəhər səbr elə
Ayrılığa dözmək məgər asandır?
Onsuz mənə səhər dönüb gecə olub
Soruşurlar bu ayrılıq necə olub?
Deyirəm artıq illər keçib aradan
Elə bilirəm bu gün olub, indicə olub
Ey mənim həyatım
Ey mənim həyatım
Nədən ayrılıqlarla keçir bu bəxtsiz həyatım
Ey mənim həyatım
Ey mənim həyatım
Onsuz nəyə lazımdır tənha,kimsəsiz həyatım (2 dəfə)
Görüşməyimə ümid bağlayıram mən
Yarım üçün çoşub-çağlayıram mən
İstəmirəm gözümdə yaş görünsün
Yağış yağır, qaçıram ağlayıram mən
Ayrılığın hər günü dəhşətdir
Bu dəhşətə səbəbi həsrətdir
Qalmışam yerlə-göyün arasında
Bu nə cür eşq, bu nə cür məhəbbətdir
Ey mənim həyatım
Ey mənim həyatım
Nədən ayrılıqlarla keçir bu bəxtsiz həyatım
Ey mənim həyatım
Ey mənim həyatım
Onsuz nəyə lazımdır tənha, kimsəsiz həyatım (4 dəfə)
En Popüler Şarkı Sözleri
- Def Leppard - Pour Some Sugar On Me
- Ankaralı Coşkun - Ankara'nın Bağları
- Michael Buble - It's A Beautiful Day (Türkçe Çeviri)
- Queen - We Will Rock You (Türkçe Çeviri)
- Neşet Ertaş - Yolcu
- Michael Buble - L.O.V.E. (Türkçe Çeviri)
- Elif Buse Doğan - Sen Bir Aysın
- Modern Talking - Cheri Cheri Lady (Türkçe Çeviri)
- Neşet Ertaş - Haydar Haydar
- Ferdi Tayfur - Bana Sor
- Shakira - Whenever, Wherever (Türkçe Çeviri)
- Billie Eilish - Happier Than Ever (Türkçe Çeviri)
- Ankaralı Coşkun - Zevzek
- Haluk Levent - Haydar Haydar
- Serhat Evindar - Şuşa Dila
- Mardinli Serseri - 63 Style
- İsmail Altunsaray - Kanlı Felek
- Nurettin Rençber - Ezo
- Britney Spears - Piece Of Me
- Eminem - Superman (Türkçe Çeviri)